Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:44

Bakıda yaşayış evində partlayış olub


Bakının Yeni Günəşli qəsəbəsindəki yaşayış evlərindən birində partlayış baş verib. Bu barədə «APA»ya Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən məlumat verilib.

Hadisə Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, ev 19, mənzil 142-də baş verib.

47 yaşlı Şəfi Fərədullayevə məxsus mənzilin vanna otağında baş vermiş partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.

Partlayış nəticəsində ev sahibi, onun həyat yoldaşı və 17 yaşlı övadı müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG