Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:37

Əl-Qaidə ilə əlaqəli şəxs həbs olunub


İraqın şimalında Əl-Qaidə ilə əlaqəli radikal islamçı qrupun komandir köməkçisi həbs olunub.

ABŞ ordusu bildirib ki, Ənsar əl-İslam qrupunun başçısı Fəxri Hadi Qari iyulun 24-də ələ keçib.

O, Mosul şəhərində ABŞ və İraq qoşunlarına qarşı hücumlar təşkil etməkdə, yaraqlıların sərhədindən keçməsini koordinasiya etməkdə günahlandırılır.

İspaniya hökuməti bildirib ki, Ənsar əl-İslam adlı qrup Madrid şəhərində 5 il əvvəl partlayış törədən şəbəkə ilə əlaqədardır. Belə ki, 2004-cü il martın 11-də partlayışlarda 191 nəfər ölmüş, 1800-ə yaxın insan yaralanmışdı.

Bununla belə bu iki qrupun eyni qrup olub-olmadığı aydın deyil.
XS
SM
MD
LG