Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:48

ABŞ Şimali Koreyaya güzəşt təklif etməyib


Amerika iki jurnalistin əfvinin qarşılığında Şimali Koreyaya nüvə proqramı ilə bağlı güzəşt təklif etməyib. Obama administrasiyası belə deyib.

Ancaq admnisitrasiyasının rəsmilərindən biri bildirib ki, sabiq prezident Bill Klinton Koreya liderinə jurnalistlərin azadlığa buraxılacağı təqdirdə müəyyən «müsbət məsələlər» barədə danışıb.

B. Klinton avqustun 4-də Pxenyanda səfərdə olub. Səfərin məqsədi 12 illiyinə azadlıqdan məhrum edilən jurnalistlər- Yuna Li və Laura Linqin azadlığa buraxılmasını xahiş etmək idi.

Şimali Koreya hökuməti onları sərhədi qanunsuz keçdiklərinə görə mart ayında həbs etmişdi.

Ağ Evdən deyiblər ki, hər iki qadının ailəsi sabiq prezident B.Klintondan xahiş edib ki, jurnalistlərin azadlığa buraxılması üçün Pxenyan hökumətinə müraciət etsin.

Klintonla Kim Çen İr arasında keçirilən danışıqlarda sonra qadınlar əfv olunub və sabiq prezidentlə Şimali Koreyanı tərk ediblər.
XS
SM
MD
LG