Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:33

Azərbaycan radiosunda islahatlar…


Cavanşir Cahangirov
Azərbaycan radiosunda gözlənən islahatlar barədə «Azadlıq» radiosuna Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin radio üzrə sədr müavini Cavanşir Cahangirov danışıb.

«Artıq xəbərlərin efirə verilməsi dəyişib. Bütün aparıcılarımız xəbəri xəbər janrında oxuya bilmirdilər, elə bil bədii veriliş aparırdılar. Hətta diktorlar da. İndi xəbər janrında səriştəsi olan gənclər proqramı aparırlar. Kompyuterləşdirilmə də tam olmasa da başlayıb».

Sədr müavini deyir ki, radionun binasında aparılan təmir işləri onun fəaliyyətinə mane olmayacaq:

«Təmir işi də vacib məsələlərdən biridir. Uzun illərdi ki, radioda təmir işləri aparılmayıb. Televiziyada hər şey qaydasındadır, tam müasir standartlara cavab verir. Amma radioda təmir işləri indi başlayıb. Təmir işləri otaq-otaq görülür. Otaqlarımız da gen - boldur. Hər redaksiyanın dörd otağı var. Bu səbəbdən təmir işləri radionun fəaliyyətinə mane olmur».

Cavanşir Cahangirov deyir ki, islahat prosesində kompyuterdən davrana bilmək problemləri də ortaya çıxır, amma gənclər bacara bilirlər. O ki, qaldı radio əməkdaşların ixtisar olunma ehtimalına sədr müavini deyir ki, yaxşı işçinin heç biri radiodan getməyəcək:

«Texniki heyətlə bir yerdə radionun 400-dən çox əməkdaşı var. Şübhəsiz ki, biz də təqaüdə çıxma yaşında olanlarla söhbət edirik, onları təqaüdə göndərməyə çalışırıq. Xəbərlər redaksiyasında islahat olub, ordan demək olar ki, heç kim ixtisara düşməyib. Bu təbii prosesdir, belə də olmalıdır. Hələlik heç bir yerdə hələ ixtisar olmayıb, xəbərlər redaksiyasından başlamışıq. Hələ gələcəkdə baxılacaq, kim bu proseslə ayaqlaşır, ya ayaqlaşmır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG