Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:11
Bir neçə gün əvvəl, «Gallup» sorğu agentliyi postsovet məkanda apardığı sorğunun nəticələrini açıqladı. Həmin sorğudan bəlli oldu ki, Azərbaycan əhalisi hakimiyyətin işlərini bəyənən əhalidir. Sorğuda iştirak edənlərin 77% bu mövqedədir. Postsovet məkanında bu ən böyük göstəricidir. Müqayisə üçün, Ukrayna əhalisinin cəmi 4% öz hakimiyyətinin işindən məmnundur.

Azərbaycan əhalisinin məmnunluq dərəcəsini necə izah etmək olar? «İşdən sonra» proqramında bu suala Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi Ağalar Məmmədov cavab verir.

- Siz «Allaha şükür» deyənlərə şübhə ilə yanaşırsınız. Düşünürsünüz ki, onlar inanclı deyillər, əksər hallarda. Bu rəqəmləri necə izah edərdiniz?

- Çox rahat izah edə bilərəm. Birincisi, bu sorğunun nəticələrinə şübhə ilə yanaşıram. Əgər bu rəqəmlər obyektivdirsə, onda mən bizdə olan təzaddan danışmalıyam. Bir cür danışıb başqa cür yaşayırıq. Bu təzad bizdə çoxdur. «Hüseyn Cavid» prospektində mikrofon uzadılan zaman insanlar tamamilə başqa cür danışmağa başlayırlar. Real həyatlarından çox fərqlidirlər.

İnsanlarımızın daxilləri ilə dilləri arasında dəhşətli uçurum var. Ədəbiyyatımıza baxın. Orada tamam bir cür yazılır. Həyatımızda isə tamam ayrı cürük. Bir çox adamlar olub ki, telekanal efirində danışmışıq, efir qurtarıb. Çıxırıq. Mənə deyir ki, «Ağalar müəllim, vallah, Siz düz deyirsiniz, amma belə demək olmaz». Foyedə dediklərimin həqiqətə uyğun olduğunu deyir, amma efirdə ayrı şey danışır. Bu indi çox normaldır. Tipik azərbaycanlı indi belədir. Bunun izahı isə, bilmirəm, Stalin xofudurmu, qorxudurmu, köləlikdirmi, yalançılıqdırmı? Mən bilmirəm. Amma bu bizdə var.

- Bəlkə vaxt deyişər?

- Bilmirəm, bəlkə insanlar bunu bir növ partlayışa çevirib açıq danışacaqlarmı? Deyə biləcəklərmi? Bu qədər şəffaf ola biləcəyikmi?

Şərhləri göstər

XS
SM
MD
LG