Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:46

Azərbaycan radiosunda ciddi dəyişikliklər gözlənir


Bu barədə «Azadlıq» radiosuna Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova məlumat verib.

Onun sözlərinə görə, dəyişikliklər həm kadr, həm də texniki avadanlığı əhatə eləyəcək: «2007-ci ildə AzTV-də dəyişikliklər aparıldı, amma radioda islahat aparmaq vaxtı indi çatıb. Artıq radio rəhbərliyi dəyişib. Dinləyicilər bu ilin noyabr ayında daha geniş dəyişikliyin şahidi olacaqlar. Həm texniki avadanlıq müasirləşdiriləcək, həm də yeni verilişlər hazırlanacaq».

Xatirə Qasımova bəzi radio əməkdaşlarıyla müqavilənin uzadılmayacağını bildirib. Onun sözlərinə görə, radionun işləmək istəmədiyi əməkdaşlar özlərini təsdiq eləyə bilməyənlər olacaq.

Yaxın vaxtlarda radionun yerləşdiyi bina təmirə dayanacaq. Amma bu, verilişlərin yayımına təsir göstərməyəcək. «AzTV-nin binası da təmir olunanda biz bir studiya ilə işlədik, amma verilişləri dayandırmadıq»-, deyə Xatirə Qasımova bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG