Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:45

«Əfqanıstanın daha çox yardıma ehtiyacı var»


«NATO Əfqanıstanın terror mərkəzi olmasının qarşısını almalıdır». NATO-nun yeni baş katibi Ander Foqh Rasmussen deyib ki, Əfqanıstanda təhlükəsizliyin təmin olunması və bərpa işləri üçün alyansın ABŞ və Avropa Birliyinin daha çox yardımına ehtiyacı var.

Keçmiş Danimarka baş naziri olan Rasmussen – şənbə günündən NATO rəhbəri vəzifəsinin icrasına başlayıb.

Avqustun 3-də keçirdiyi ilk rəsmi mətbuat konfransında o, Rusiya ilə «həqiqi strateji əməkdaşlığın» inkişafı ilə də bağlı danışıb.

Rasmussen deyib ki, NATO bütün beynəlxalq öhdəliklərin yerinə yetirməsini Rusiyadan təkidlə tələb etməlidir.
XS
SM
MD
LG