Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:27
«PanARMENIAN.Net» internet qəzeti:
Ədalət və Demokratiya Naminə Avropa Erməniləri Federasiyası ATƏT-ə müraciət edib. Təşkilat Azərbaycanın sürətlə silahlanmasının və militarist siyasətinin Qafqazda təhlükəsizliyə və xüsusilə də erməni xalqına ciddi təhlükə yaratdığından ciddi narahat olduğunu bildirib.

Federasiya qeyd edir ki, Əliyev rejimi silahlar alınmasına və hərbi texnologiyalara həddən artıq pul xərcləmək və hərbi ritorika ilə danışıqların aparılmasına dair fundamental beynəlxalq prinsipləri pozur.

«ArmenPress» agentliyi:
Parlamentdəki Yerkir partiyasının fraksiyası prezident Serj Sarkisyanın Qarabağ siyasətindən razıdır. Fraksiyanın üzvü Hovannes Marqaryan jurnalistlərə bildirib: “Qarabağ münaqişəsinin həllində bizim partiya üç məsələni hər şeydən vacib hesab edir.

Bunlar Qarabağın özünüidarəsi, onun Ermənistanla birbaşa quru əlaqəsi və təhlükəsizliyinə beynəlxalq təminat verilməsi. Bütün istiqamətlərdə prezidentin apardığı siyasət uğurludur və biz bu siyasəti müdafiə edirik.”

“Arka” agentliyi:
Dövlət Statistika Xidmətinin ilkin hesablamalarına görə, 2009-cu ilin iyun ayına ölkədə orta aylıq əməkhaqqı 102 787 dram (təxminən 200 manat – red.) olub. Bu da 2008-ci ilin iyun ayına nisbətən 11.6% çoxdur.

Bu ilin may ayına ən yüksək əməkhaqqı maliyyə sektorunda – 252 589 dram (təxminən 470 manat – red.), mədən sənayesində 157 222 dram (təxminən 300 manat – red.) olub. Həmin dövrdə tikintidə orta aylıq əməkhaqqı 124 455 dram (təxminən 230 manat – red.) olub.
XS
SM
MD
LG