Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:40

110 nəfərin işinə eyni anda, eyni məhkəmə zalında baxırlar


Avqustun 1-də məhkəməyə çıxarılanların sayı 100 nəfərdən çoxdur

İranda İslam İnqilabından bu yana ilk dəfədir ki, İranın yüksək səviyyəli onlarla keçmiş rəsmisi məhkəmə qarşısına çıxarılıb. Onların aralarında keçmiş vitse-prezidentlər, nazirlər, millət vəkilləri var.

Yarı-rəsmi «Fars» agentliyinin məlumatına görə, avqustun 1-də məhkəməyə çıxarılanların sayı 100 nəfərdən çoxdur. Onlar iyunun 12-də keçirilmiş mübahisəli prezident seçkisinin elan olunan nəticələrinə etiraz aksiyaları zamanı tutulan adamlardır.

Prezidentliyə namizəd Mirhüseyn Musəvinin tərəfdarları ilə hökumət qüvvələri arasında bir neçə gün davam edən qarşıdurmada 30-dək adam həlak olmuş, yüzlərlə adam həbs edilmişdi.

Dövlət televiziyasının məlumatına görə, həbsdə olan keçmiş vitse-prezident Məhəmməd Əli Abtahi məhkəmədə etiraflar edib. O deyib ki, seçkinin saxtalaşdırılması haqqında iddialar camaatı küçəyə çıxarmaq üçün düşünülmüşdü.

Məhəmməd Əli Abtahi
Prezidentliyə islahatçı namizəd Mirhüseyn Musəvi isə hakimiyyəti tutulanlardan ifadələri işgəncə ilə almaqda ittiham edib.

İslahatçı düşərgəyə mənsub olan keçmiş prezident Məhəmməd Xatəmi bildirib ki, insanların toplu halda məhkəməyə çıxarılması ölkənin konstitusiyasına ziddir. O, bu məhkəməni şou adlandırıb.

İndi həbsdə olanlar etiraz aksiyaları yoluyla ölkədə milli təhlükəsizliyə qarşı hərəkətlər etməkdə, dövlət binaları və hərbi obyektlərə hücumda ittiham olunurlar. Təkcə milli təhlükəsizliyə qarşı hərəkətlər üzrə ittiham edam cəzası ilə nəticələnə bilər. Bu ittiham indiyə qədər müxalifət fəalları əleyhinə istifadə olunub.

Avqustun 3-də İranın ali dini rəhbəri Əli Xameneyi formal olaraq Mahmud Əhmədinejadın ikinci dörd il üçün prezidentliyini təsdiq edib. Bununla bağlı keçirilən mərasimdə islahatçı siyasətçilər iştirak etməyiblər. Mahmud Əhmədinejad avqustun 5-də and içərək prezident kimi fəaliyyətə başlayacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG