Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:17

Əfqanıstanın terror yuvası olmasına imkan verməyəcəyik


NATO Əfqanıstanın terror yuvası olmasına imkan verməməlidir. NATO-nun yeni Baş katibi Anders Fog Rasmussen bu gün Brüsseldə belə deyib.

Rasmussen bildirib ki, Əfqanıstandakı sülhyaratma qüvvələrinə və bu ölkənin yenidən qurulmasına BMT və Avropa Birliyi də daha çox dəstək verməlidir.

Rasmusen NATO baş katibi kimi ilk mətbuat konfransında Rusiyayla əsl strateji əməkdaşlığı genişləndirməyə də önəm verəcəyini deyib. Amma Rasmusenin sözlərinə görə, bundan ötrü NATO əmin olmalıdır ki, Rusiya bütün beynəlxalq öhdəliklərə, o cümlədən qonşularının sərhədlərinin toxunulmazlığı kimi öhdəliklərə sadiqdir.
XS
SM
MD
LG