Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:06

Əhmədinejadın prezident olduğu rəsmən təsdiqləndi


Ali dini lider Mahmud Əhmədinejadı prezident elan edir. Tehran, 3 avqust 2009
Ali dini lider Mahmud Əhmədinejadı prezident elan edir. Tehran, 3 avqust 2009
İran prezidenti Mahmud Əhmədinejad bu həftə ikinci müddətə İran prezidenti kimi fəaliyyətə başlayacaq.

Ali dini lider ayətullah Əli Xameneyi avqustun 3-də rəsmən Əhmədinejadı prezident seçkilərinin qalibi elan edib.

Avqustun 5-də isə Əhmedinejad parlamentdə and içəcək. Andiçmədən sonra isə iki həftə ərzində Əhmədinejad parlamentə yeni hökumətun tərkibini təqdim etməlidir.

Mahmud Əhmədinejadın qalib gəlməsi seçkilərin saxtalaşdırıldığını bildirən minlərlə iranlının etiraz nümayişlərinə səbəb olmuşdu.

İrandakı kütləvi etiraz aksiyaları nəticəsində təxminən 30 nəfər ölüb, 2 mindən çox adam həbs edilib.
XS
SM
MD
LG