Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 15:18

İranın ali dini lideri Əhmədinejadın prezident olduğunu rəsmən təsdiq edib


İran prezidenti Mahmud Əhmədinejad bu həftə ikinci müddətə İran prezidenti kimi fəaliyyətə başlayacaq.

Ali dini lider ayətullah Əli Xameneyi bu gün rəsmən Əhmədinejadı prezident seçkilərinin qalibi elan edib. Andiçmə mərasimi isə çərşənbə gününə planlaşdırılır.

Mahmud Əhmədinejadın qalib gəlməsi seçkilərin saxtalaşdırıldığını bildirən minlərlə iranlının etiraz nümayişlərinə səbəb olmuşdu.

İrandakı kütləvi etiraz aksiyaları nəticəsində təxminən 30 nəfər ölüb, 2 mindən çox adam həbs edilib.

XS
SM
MD
LG