Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:06

3 dəqiqəyə 2 manatı necə qazanırlar?


Dənizkənarı Bulvar İdarəsi «Qaynar xətt» yaradıb

Dənizkənarı Bulvar İdarəsi «Qaynar xətt» yaradıb

«Bazar günü uşağı bulvara aparmışdım. Çox həvəsliydim ki, onu «Şən karusel»ə mindirim. Kassaya yaxınlaşanda gözüm kəlləmə çıxdı. Qiyməti 2 manatıydı. 3 dəqiqə üçün 2 manat. Bilet satana əsəbiləşdim ki, belə də qiymət olar. Yaşlı kişiydi, dedi ki, qiyməti o qoymur. Onun öz uşaqları da heç vaxt bu karuselə minməyiblər. Sonra maşın olan yerə gəldik. Bunun da qiyməti 2 manatıylı. 4 dəqiqə üçün. Uşağın üzünə baxa bilmirdim. Mən o 2 manatı 3-4 dəqiqəyə qazanmıram. Bu, soyğunçuluqdu, günün günorta çağı mədəni şəkildə soyğunçuluq».

Bu məktubu «Azadlıq» radiosuna Arzu Qasımova yazıb. Amma Milli parkdakı attraksionların qiymətindən başqa sakinlər də narazıdı:

- Park xoşumuza gəlir, amma qiymətlər çox bahadır. Bir karuselə mindirmək 2 manatdır. Biz də uşaqları mindirmədik.
- Sovetin vaxtında ucuzuydu. Elə atraksionların çoxu sovet vaxtından qalıb. Amma qiymətlər o vaxtdan qalmayıb. Üç uşaqdı, hərəsi 2 manatdan 6 manat eləyir. Hələ bunların suyu-yeməyi var.

FRANSADAN «ŞƏN KARUSEL» BAKIDA KİMİ ŞƏNLƏNDİRİR?

Dənizkənarı Bulvar İdarəsinin əməkdaşı Elşən Səmədov deyir ki, onlar «Qaynar xətt» yaradıblar, sakinlərin şikayətlərini dinləyirlər, apaşdırılar, hətta bəzən şikayəti təmin eləyirlər də. Ancaq attraksionların qiymətinə gəlincə, burda vəziyyət bir az qəlizdir. Deyəsən, Dənizkənarı Bulvar İdarəsi bahalı karuselin pulunu elə bir mövsumə çıxartmaq istəyir:

- Siz dediyiniz «şən karusel»lər 3 ədəddir, Fransadan gətirilib, onların ilkin quraşdırılması çox baha başa gəldiyi üçün qiymət də elə nəzərdə tutulub. Amma bu qiymətə baxacağıq. Orta təbəqənin cibinə uyğun. Biz «Qaynar xətt» yaratmışıq». Məsələn, suyun pulundan narazılıq var idi, idarə də o qiyməti endirdi.
- Bu attraksionlarda qiyməti kim təyin edir? Bulvar idarəsi, yoxsa attraksionların sahibi?
- Bulvar idarəsi bu yeri icarəyə verir.
- Amma qiymətə təsir edə bilir, eləmi?
- Bəli, eləyir. Yaxın vaxtlarda atraksionların qiymətinə yenidən baxılacaq.

Dənizkənarı Bulvar İdarəsinin «Qaynar xətt»inin telefonu: 480 18 36 055 282 70 00

POMİDORUN DADI NİYƏ QAÇIB?

Köhnə kişilər deyirlər ki, keçmiş sovet məkanında ən dadlı pomidor Azərbaycanda bitirmiş. Amma indi onu yeyənlər deyirlər ki, ya ağzımızın dadı qaçıb, ya da pomidorun. Yusif Quliyev deyir ki, nəinki dadı qaçıb, hətta rəngi-rufu ağarıb: «Pomidoru kəsəndə içindən ağ hissələr çıxır. Adamda şübhə oyadır ki, bu pomidorlar insan üçün zərərsizdir. Mənim yadımdadı ki, əvvəllər pomidorun içi qıpqırmızıydı. Mən həqiqəti bilmək istəyirəm. Bəlkə o pomidor zamanı qabaqlayıb, genetik inkişaf edib?..»

Yusif Quliyevin sualına Azərbaycan Dövlət Aqrar Universitetinin botanika və bitki fiziologiyası kafedrasının müdiri Zaur Hümbətovdan cavab istədik. Müsahibimiz deyir ki, pomidorun dadı qaçacaq da, çünki o yerli sortdan deyil:
- Azərbaycana gətirilən xarici sortlar yerli iqlimə, şəraitə uyğunlaşa bilmir. Düzdür, bu tərəvəz öz yerində keyfiyyətlidir, çünki ekoloji şəraitə uyğundur, amma bizim şərait ona uyğun gəlmir, ona görə də anomalik bir meyvə əmələ gəlmir. Yerli sortlarda isə belə şey yoxdur.
- Bəs bu xarici sortların yerli iqlimə uyğunlaşması üçün nə qədər vaxt lazımdı?
- Heç olmasa, 2-3 il. Özü də ki, bu gün ciddi karantin rejimi yoxdur. Kim nə istəyir, gətirir. Genetik modifikasiyaya uğramış meyvələri, toxumlar gətririrlər.
- Bu tərəvəzlərin insan orqanizminə mənfi təsiri varmı?
- Şübhəsiz ki, var. Çünki tam formalaşmırlar. Əlbəttə ki, bu halda da insan orqanizminə ziyandır. Artıq yerli sortlar məhv olub. Əvvəllər bizdə sortalan zavodlar var idi. Amma indi bu, dağıılıb.
- Bəs siz nə məsləhət görərdiz, camaat neyləməlidi?
- Genetik mofidikasiyaya uğramış məhsullar bütün dünyanın problemidir. Azərbaycanda da vəziyyət açınacaqlıdı. Gərək Kənd Təsərrüfatı Nazirliyi ciddi nəzarət tətbiq eləsin. Keyfiyyətsiz toxum gətirilməsinə qadağa olmalıdır.

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG