Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:28

Raul Kastro ABŞ-la dialoqa hazır olduğunu deyir


Kubanın lideri Raul Kastro Birləşmiş Ştatlarla danışıqlara hazır olduğunu bəyan edib.

Amma o ölkədəki kommunist rejiminin dəyişdirilməsinin mümkünlüyünü qəti şəkildə rədd edib.

Raul Kastro ölkə parlamentində çıxış edərkən deyib ki, o hakimiyətə sosializmi dağıtmaq yox, möhkəmləndirmək üçün gəlib.

Raul Kastro həmçinin qeyd edib ki, iqtisadi çətinliyə görə təhsil və səhiyyə sahələri də daxil olmaqla dövlət xərclərini azaltmaq lazımdı.

Barak Obama hökuməti bu yaxınlarda bəyan edib ki, əgər Kuba hökuməti islahatlar aparsa Birləşmiş Ştatlar onunla münasibətləri yaxşılaşdırmağa hazırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG