Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:40

Gürcüstan Rusiyanı gərginliyi artırmaqda pisləyib


Gürcüstan onun separatçı bölgəsi Cənubi Osetiyanın atəşə tutulmasıyla bağlı Tsxinvalinin ittihamını rədd edir.

Cənubi Osetiya tərəfi dünən sərhəddəki müşahidəçi məntəqəsinin minaatanlardan atəşə tutulduğunu deyir.

Rusiya bundan dərhal sonra bəyan edib ki, əgər lazım gəlsə Cənubi Osetiyanı müdafiə etmək üçün güc tətbiq edəcək.

Gürcüstan isə Rusiyanın bəyanatını kəskin tənqid edib və bunun militarist çıxış olduğunu deyib.

Gürcüstanın Xarici İşlər Nazirliyi bildirib ki, onların məqsədi regionda gərginliyi daha da artırmaqdı.

Rusiya ötən ilin avqustunda Gürcüstana hərbi müdaxilədən sonra onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdı.

XS
SM
MD
LG