Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:40

Xatəmi müxalifətçilərin məhkəməsini ittiham edib


İranın keçmiş prezidenti, islahatlar tərəfdarı Məhəmməd Xatəmi iyun nümayişlərində həbs olunmuş müxalifətçilərin məhkəməsini ittiham edib.

Məhəmməd Xatəmi prossesin ölkə konstitusuyası və vətəndaş hüquqlarına zidd olduğunu deyir.

O həmçinin deyir ki, müttəhimlərin vəkillərinə onlara qarşı irəli sürülmüş itihamlar barədə vaxtında məlumat verilməyib.

Məhkəməni şou adlandıran İran İslam İştirak Cəbhəsi deyir ki, hakimiyyətin irəli sürdüyü ittihamlara “ Hətta bişmiş toyuğun da gülməyi gəlir “ .

Məhkəməyə 100 adam cəlb olunub.

Onların arasında keçmiş vitse-prezident, keçmiş nazirlər və hüquq müdafiəçiləri də var.

Onların hamısı 12 iyun mübahisəli prezident seçkilərindən sonra keçirilmiş etiraz aksiyalarında həbs olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG