Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:24

Xalq artisti Elxan Ağahüseyinoğlu vəfat edib


Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Elxan Ağahüseynoğlu bu gün vəfat edib.

O, xeyli vaxt idi ki, şəkər xəstəliyindən əziyyət çəkirdi.

Elxan Ağahüseynoğlu 1942-ci il, dekabrın 8-də Bakıda anadan olub.

O, 40 ildən çox idi ki, Akademik Milli Dram Teatrının aktyoruydu.

Bu müddət ərzində o müxtəlif janrlı tamaşa və bədii filmlərdə oynayıb.

Elxan Ağahüseynoğlu sənətdə qazandığı nailiyyətlərə görə 1991-ci ildə Əməkdar, 2002-ci ildə isə Xalq Artisti adına layiq görülüb, bundan başqa o
prezident təqaütçüsüydü.
XS
SM
MD
LG