Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:53

Kurbanbek Bakiyev and içdi


Kurbanbek Bakiyev ikinci dəfə prezident kimi and içir
Kurbanbek Bakiyev ikinci dəfə prezident kimi and içir
Avqustun 2-də Kurmanbek Bakiyev and içərək ikinci dəfə respublika prezidenti postuna sahib oldu.

Bakiyev iyulun 23-də keçirilmiş ümumxalq seçkilərdən sonra, ikinci müddətə prezident seçilmişdi. Bakiyev seçicilərinin 77 faizinin səsini toplayıb.

Hökumət evində keçirilən andiçmə mərasimində Qazaxıstan prezidenti Nursultan Nazarbayev də iştirak edib.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Damir Lisovski prezident vəsiqəsi və bayrağını Bakiyevə təqdim edib.

Ölkə müxalifəti isə seçkinin nəticələrinin saxtalaşdıldığını bildirib. Beynəlxalq təşkilatlar isə prezident seçkilərinin demokratik standartlara cavab vermədiyini bəyan ediblər.
XS
SM
MD
LG