Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:36

Filippinin ilk qadın prezidenti vəfat edib


Filippində keçmiş prezident Corazon Aquinonun vəfatına görə 10 günlük matəm elan edilib.

Onunla vida mərasimi ölkə paytaxtı Maniladakı məktəblərdən birində olacaq.

Bütün ölkə boyu dövlət bayraqları aşağı salınıb, mərhumun evinə yüzlərlə adam axışıb, maşın və ağaclara simvolik olaraq sarı lent bağlanıb.

1986-1992-ci illərdə ölkəni idarə eləmiş 76 yaşlı Aquino bu gün vəfat edib.

O Filippinin ilk qadın prezidenti, Ferdinand Markosun 20 illik hakimiyyətinə, onun dikdator rejiminə son qoymuş inqilabın qəhramanı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG