Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:41

Iranda müxalifətçilərin məhkəməsi başlanıb


İranda bir neçə tanınmış islahatçı da daxil olmaqla iyun nümayişlərində həbs olunan müxalifətçilərin məhkəməsi başlanıb.

“ Fars “ informasiya agentliyinin məlumatına görə keçmiş vitse-prezident Məhəmməd Əli Abtahi, xarici işlər nazirinin keçmiş müavini Möhsün Əminzadə və bir sıra keçmiş hüquq müdafiəçiləri də onların arasındadı.

Ümumilikdə 100 adam məhkəməyə cəlb olunacaq.

Onlar mübahisəli 12 iyun seçkilərindən sonra iğtişaşları qızışdırmaqda, ölkənin milli təhlükəsizliyinə xələl gətirməkdə, qiyam və hökumətə qarşı olan qruplarla əlbir olmaqda ittiham olunurlar.
XS
SM
MD
LG