Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:22

ABŞ mütəxəssisləri Azərbaycan xüsusi təyinatlılarına təlim keçəcəklər


Təlim avqustun 15-dən sentyabrın 5-dək Bakıda baş tutacaq

Təlim avqustun 15-dən sentyabrın 5-dək Bakıda baş tutacaq

ABŞ Dəniz Qüvvələrinin mütəxəssisləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) xüsusi təyinatlıları üçün təlim keçəcəklər.

Bu barədə «APA»ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlər Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən təşkil olunur. Təlim avqustun 15-dən sentyabrın 5-dək Bakıda baş tutacaq.

İkitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Azərbaycan hərbçiləri avqustun 1-də ABŞ-da keçirilən dənizdə anti-terror əməliyyatları üzrə kursa da qatılıblar. Təlim kursu avqustun 30-da başa çatacaq.

Azərbaycan hərbçiləri həmçinin avqustun 8-dən 15-dək ABŞ Dəniz Piyada Korpusunun Kaliforniya ştatındakı Tventinayn Palms şəhərində yerləşən təlim mərkəzində tanışlıq səfərində olacaqlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG