Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:17

BMT Azərbaycanı insan haqlarının durumuna görə kəskin tənqid eləyir


BMT İnsan Haqları Komitəsi ölkədə söz və ifadə azadlığını təmin eləmədiyi üçün Azərbaycan hökumətini kəskin tənqid eləyib.

Asoşeyted Press Agentliyinin yaydığı xəbərə görə, Komitənin BMT-nin İnsan Haqları Şurasının Cenevrdəki sessiyasına bu gün təqdim elədiyi hesabatında belə deyilir.

Azərbaycanda söz azadlığının pisləşməsi, qəzetlərin bağlanması və internet yazarlarının həbsi İnsan Haqları Komitəsinin kəskin narazılığına səbəb olub.

Komitə bildirir ki, Azərbaycanda jurnalistlərə qarşı davamlı olaraq zorakılıq və təzyiqlər olur, həmçinin qurama böhtan və xuliqanlıq ittihamlarıyla media susdurulur.

BMT İnsan Haqları Komitəsi Azərbaycanı bu hallara dərhal son verməyə, söz və ifadə azadlığını tömin eləməmk bütün lazımi addımları atmağa, həbsdəki jurnalistləri, o cümlədən bu yaxınlarda həbs edilən Adnan Hacızadə və Emin Milli kimi internet yazarlarını dərhal azad eləməyə çağırıb.
XS
SM
MD
LG