Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:05

Azərbaycan ordusunda əsgər ölümü


İyulun 28-də Beyləqandakı hərbi hissələrdən birində hərbi xidmət keçən Bakı şəhər sakini Tural Qəhrəmanov vəfat edib. Əsgərin ailəsindən «Azadlıq» radiosuna bildiriblər ki, Turalın ölümü ilə bağlı hərbi komissarlığın verdiyi arayışda onun böyrək çatışmazlığından vəfat etdiyi göstərilib. Ailə üzvləri isə Turalın sağlam olduğunu deyir. Onların sözlərinə görə, T.Qəhrəmanov hərbi xidmətə 10 gün öncə başlayıb. Hərbi Komissarlıqda tibb yoxlamasından keçən Qəhrəmanovun sənədlərində onun tam sağlam əsgərliyə yararlı olduğu yazılıb.

Ali məktəbi bu il bitirən Tural prezident təqaüdçüsü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev «Azadlıq» radiosuna bildirib ki, tibb ekspertlərin rəyindən sonra rəsmi açıqlama olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG