Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:46

Həsən Kərimovun itkin düşmüş oğlunun vəfat etdiyi bilinib


Həsən Kərimov
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Həsən Kərimovun oğlu Rəşad Kərimovun vəfat etdiyi məlum olub. AXCP sədrinin köməkçisi Faiq Əmirovun «Media forum» a verdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Rəşad Kərimov bir müddət əvvəl itkin düşmüşdü: «İndi bilinib ki, bir ay əvvəl paytaxtın Neftçilər prospektində Rəşadın ürəyi tutub və vəfat edib. Üstündə heç bir sənəd olmadığından mərhumu Yasamal rayonundakı kimsəsizlər qəbiristanlığında dəfn ediblər».

F.Əmirov bildirib ki, Rəşad evdə Qubada işləməyə getdiyini deyibmiş: «Bildiyiniz kimi, Həsən Kərimovun böyük oğlu İftixar Kərimov iyulun əvvəllərində qəfil infarkt keçirərək vəfat etdi. Mobil telefonuna zəng çatmadığından o zaman ailəsi Rəşadla əlaqə saxlaya bilməyib. Ailənin başı yasdan açılandan sonra polisə müraciət olunub. İyulun 30-u gecə saatlarında Rəşadın ölüm xəbəri çıxıb».

Mərhumun atası Həsən Kərimov «Media forum» saytına açıqlamasında bildirib ki, oğlu iyunun 29-dan 30-na keçən gecə Neftçilər prospektində huşunu itirmiş vəziyyətdə tapılıb: «Rəşadı xəstəxanaya aparıblar. Komaya düşdüyünə görə ayılmayıb. Ekspert müəyyən edib ki, ürək çatışmazlığından vəfat edib. Onu Yasamal qəbiristanlığında, «Qurd qapısı» deyilən ərazidə dəfn ediblər».

H.Kərimovun sözlərinə görə, iyulun 30-da polis fotoşəkil vasitəsilə müəyyən edib ki, iyunun 30-u xəstəxanada vəfat edən Rəşaddır: «Ekspertiza meyitin oğlumun meyiti olduğunu təsdiqləyib. Rəşadı avqustun 1-də Bakıda - qardaşının məzarının yanında dəfn edəcəyik».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG