Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:22

Novruzəli Məmmədovun səhhəti düzəlir


«Talış Mədəniyyət Mərkəzinin başçısı Novruzəli Məmmədovun səhhəti artıq stabildir». Bu sözləri «Azadlıq» radiosuna Ədliyyə Nazirliyinin Penitensar xidmətinin başçısı Mehman Sadıqov verib.
2007-ci ilin fevralında dövlətə xəyanət ittihamı ilə 10 il azadlıqdan məhrum edilən Talış Mədəniyyət Mərkəzinin başçısı Novruzəli Məmmədovun səhhəti bir neçə gün öncə cəzaçəkmə müəssisəsində pisləşmişdi. Mehman Sadıqovun sözlərinə görə, o, cəzaçəkmə müəssisəsində də davamlı həkim nəzarəti altında saxlanılır. Səhhətində ağırlaşmalar olduğu üçün bir neçə gün öncə onu Penitensar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər. Mehman Sadıqovun sözlərinə görə, artıq N.Məmmədovun səhhəti normallaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG