Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:50

Kamran Əsədovun apelyasiya şikayətinə baxılıb


Terrorçuluqda təqsirli bilinərək həbs edilən Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun bu gün apelyasiya şikayətinə baxılıb. «APA»nın məlumatına görə hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı avqustun 10-na təyin olunub.

Məhkumlar ilkin iclasda iştirak etməyiblər. Prosesdə onların məhkəmə baxışında iştirakı ilə bağlı qərar qəbul olunub.

Terrorçuluqda təqsirli bilinən Kamran Əsədov 15 illiyinə azadlıqdan məhrum edilib. Onunda bərabər daha 19 nəfər təqsirli bilinərək 2 ildən 18 ilədək azadlıqdan məhrumetmə cəzası alıb.

İstintaq materiallarına görə, təqsirləndirilən şəxslər dini radikal qruplaşma yaradaraq hərbi mübarizəyə başlamağı planlaşdırıblar. Dəstə üzvləri Bakıda «Lukoil» yanacaqdoldurma məntəqəsinə basqın etməkdə, ABŞ-ın və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda təqsirli bilinib.
XS
SM
MD
LG