Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:17

Londonda gənclərə dəstək aksiyası olacaq


İyulun 31-i həbs olunmuş gənc fəallar Adnan Hacızadə və Emin Milliyə dəstək məqsədi ilə Londonda aksiya keçiriləcək. Aksiya Azərbaycan səfirliyi qarşısında baş tutacaq.

Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişəyə görə həbs olunublar. Onlar xuliqanlıqda ittiham olunurlar.

Məhkəmənin qərarı ilə hər iki gənc barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bir sıra beynəlxalq insan haqları təşkilatları gənclərə qarşı irəli sürülən xuliqanlıq ittihamını əsassız sayırlar.
XS
SM
MD
LG