Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:26

BMT-də Azərbaycanla bağlı hesabat təqdim olunacaq


İyulun 31-də Cenevrədə BMT-nin İnsan Haqları komitəsində Azərbaycan üzrə hesabat təqdim olunacaq. Hesabatda ölkədəki vəziyyətlə bağlı qiymətləndirmə və tövsiyələr acıqlanacaq.

Komitənin sözçüsü Ksavyer Selaya «Azadlıq» radiosuna deyib ki, sənəd hələ ictimaiyyət üçün açıq deyil, yalnız təqdimat başlandıqdan sonra acıqlanacaq.

BMT İnsan Haqları Komitəsinin internet səhifəsində təqdimatı canlı izləmək mümkün olacaq. Təqdimat Bakı vaxtı ilə saat 14:30-da keçiriləcək.

«Reuters» agentliyi komitədəki mənbəyə istinadən xəbər verirdi ki, hesabat çox sərt olacaq.

İyulun 21-də komitədəki dinləmələr zamanı Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov komitə üzvlərinə bu problemlər barədə yanlış məlumat verildiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG