Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:28

Sabah BMT Azərbaycanla bağlı hesabat açıqlayacaq


BMT İnsan Haqları Komitəsinin Azərbaycan üzrə hesabatı iyulun 31-də Bakı vaxtilə saat 14.30-da Cenevrədə təqdim olunacaq. Burada ölkədəki vəziyyətlə bağlı qiymətləndirmə və tövsiyələr açıqlanacaq. Komitənin sözçüsü Ksavyer Selaya Azadlıq Radiosuna deyib ki, sənəd hələ ictimaiyyət üçün açıq deyil, açıqlama ilə tanışlıq yalnız təqdimat başlandıqdan sonra mümkündür.
Təqdimatı Komitənin sədri Yuci İvasava (Yuji Iwasawa) və üzvü Racsuner Lalla (Rajsooner Lallah) edəcəklər.

BMT İnsan Haqları Komitəsinin internet səhifəsində təqdimatı canlı izləmək mümkün olacaq.

Reuters agentliyi komitədəki mənbəyə istinadən hesabatın söz azadlığı və insan haqları pozuntuları ilə bağlı kəskin tənqidi fikirləri əks etdirdiyini yazıb.

İyulun 21-də Komitədəki dinləmələr zamanı Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Komitə üzvlərinə bu problemlər barədə yanlış məlumat verildiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG