Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:39

İraqda toqquşmalarda 6 iranlı ölüb


İraqda İran qaçqınlarının düşərgəsində yenidən toqquşmalar olub. İki gün ərzində 6 nəfərin öldüyü təsdiqlənib.

Toqquşma İraqın təhlükəsizlik qüvvələri ilə düşərgə sakinləri arasında olub.

Ancaq İranın Xalq mücahidləri təşkilatı bildirib ki, azı 7 nəfər öldürülüb, yüzlərlə yaralı var.

İranlı döyüşçülərin yaşadığı Əl-Əşrəf düşərgəsi 1980-ci illərdə Bağdadın şimalında qurulub. Düşərgənin sakinləri bir vaxtlar Səddam Hüseynə İranla müharibə etməyə yardım edirdi.

İraq hökuməti istəyir ki, iranlı müxalifətçilər ölkəni tərk etsinlər.

Hökumətin sözçüsü Əli əl-Dabbaq iyulun 28-də toqquşma zamanı 35 iraq polisinin xəsarət aldığını deyib.
XS
SM
MD
LG