Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:39

«Mən öləndə onu yanımda basdırın...»


Bu romantik sevgi vəsiyyətini Yaponiyada yaşayan 37 yaşlı Nisan yasdığı haqqında deyir. Çünki yasdığın üstündə onun oyuncaq sevgilisinin şəkli var. «The New York Times»ın beynəlxalq nəşri olan «İnternational Herald Tribune» qəzeti belə yazır.

Nisan kompyuter oyunlarından birinin qəhrəmanına vurulub. Onun şəkli çəkilmiş yasdığı ilə üç ildir ki, birlikdə yaşayır. Adını da Nemutan qoyub. Deyir ki, ona olduqca real sevgi hiss edir, Nemutan onun qız dostudur.

Amma Nisan Yaponiyada tək deyilmiş. Sosioloqlar deyirlər ki, son 10 ildə bu ölkədə kompyuter texnologiyalarına aludə olan çox sayda adam artıq bu cür «oyuncaq sevən» insanlar kimi tanınır. Onlar demək olar vaxtlarını bu kuklalarla keçirir, işə də özləri ilə aparırlar. Əksəriyyəti də deyir ki, artıq oyuncaqlara romantik hissələri də var.

Sosioloqlar narahatdırlar ki, oyuncaq aludəliyi yapon gənclərin özlərinə müasir real həyatda sevgili tapmalarına mane ola bilər.

Hökumətin apardığı sorğuya görə ölkədə 30-34 yaş arasında cavan oğlan və qızların hər dörd nəfərindən biri yalqızdır. Ümumilikdə Yaponiyada kişi və qadınların 50%-nin qarşı cinsdən olan dostu yoxdur.

Şərhləri göstər

XS
SM
MD
LG