Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:18

Sincanda 10 minədək adamın yoxa çıxdığı deyilir


Bu yaxınlarda Çinin Sincan əyalətində baş vermiş iğtişaşlarda 10 minədək adam itgin düşüb.

Bunu Ümumdünya Uyğur Konqresinin lideri Rəbiyə Kadir deyir.

O bu gün Yaponiyada çıxış edərkən Birləşmiş Ştatların Sincan hadisələrinə lazımınca kəskin reaksiya verməməsindən təəssüf bildirib.

Rəbiyə Kadir Sincan hadisələriylə bağlı beynəlxalq istintaq aparmağa çağırıb.

Çinin hakim dairələri Rəbiyə Kadiri aranı qızışdırmaqda günahlandırır.

Amma o bu ittihamı rədd edir.

Rəsmi məlumata görə Sincanda yerli uyğurlarla çinlilər arasında baş vermiş toqquşmalarda 200-ə yaxın adam ölüb, 1600-dən çox adamsa yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG