Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:26

«Təzə bazar»da reyd


İyulun 29-da günün birinci yarısında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları «Təzə bazar»da heyvanların qanunsuz satışının qarşısını almaq məqsədilə reyd keçirib. Yoxlama «quş bazarı» kimi tanınan yerdə aparılıb.

Qeyd edək ki, vəhşi və nadir heyvan və quş növləri müfəttişlərin marağına səbəb olub. Ətraf mühitin mühafizəsi müfəttişi Səlim Səlimov jurnalistlərə bildirib ki, quş və heyvanların satışı ilə məşğul olan vətəndaşların bunun üçün heç bir hüquqi icazəsi yoxdur. Reyd nəticəsində iki kirpi, üç müyamul quşu, meymun və tutuquşu götürülüb, onlardan bəzilərinin adı «Qırmızı kitab»a düşüb. Bütün bu heyvanlar Bakı zooparkına təhvil veriləcək. Lakin bu, satıcıların narazılığına səbəb olub və onlardan biri zərbə ilə quşu yerə çırpıb.

Nazirliyin əməkdaşlarının sözlərinə görə, vəhşi heyvanları qanunsuz satan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq tədbir görüləcək.

«Heyvanların saxlanılması üçün vətəndaş Nazirliyə ərizə ilə müraciət edir, 15 gün ərzində ərizə qeydiyyata alınır, saxlanılan heyvanın növü müəyyən olunur, reyster kitabında qeydiyyatdan keçəndən sonra heyvan sahibinə şəhadətnamə verilir», deyən Səlimov əlavə edib ki, yalnız bundan sonra vəhşi heyvanın saxlanması qanuni hesab oluna bilər.

Qeyd edək ki, adı çəkilən bazar uzun illərdir Bakıda fəaliyyət göstərir və orada ekzotik heyvanlar da daxil olmaqla, müxtəlif növ vəhşi heyvanlar əldə etmək olar. Turan

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG