Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:33

Kabil «Quantanamo» məhbusunu qəbul etməyə hazırdır


Əfqanıstan hökuməti «Quantanamo»nun əfqan məhbuslarından daha birini qəbul etməyə hazırdır.

ABŞ-ın hərbi məhkəməsi Məhəmməd Cavadı 2002-ci ildə Əfqanıstanda amerikalı hərbçiyə hücum etməkdə günahlandırıb.

12 yaşlı Cavadın əsgərlərə qumbara atması nəticəsində iki amerikalı əsgər və onların əfqan tərcüməçisi yaralanmışdı.

Hazırda vəkilləri Cavada qarşı yeni ittihamları araşdırır və onun təcili Əfqanıstana göndərilməsini tövsiyə edir. Vəkillər deyib ki, Əfqanıstan hökuməti onlara məhkumu qəbul edə biləcəyini bildirib.

Əfqanıstan hökuməti bir neçə dəfə Cavadı qaytarması üçün ABŞ-a müraciət edib.
XS
SM
MD
LG