Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:26

Qatarlarının hərəkətinə məhdudiyyət qoyula bilər


Havalarin isti keçməsi il əlaqədar yük və sərnişin qatarlarının hərəkətinə məhdudiyyət qoyula bilər. «Azərtac»ın məlumatına görə bu barədə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat verib, bununla bağlı qatarların hərəkəti üzrə nəzarət planı hazırlanıb.

Əsas məqsəd isti hava şəraiti ilə əlaqədar dəmir yollarında yanğın təhlükəsinin qarşısının alınması, relslərdə genişlənməyə qarşı tədbirlərin görülməsi və digər təhlükəsizlik qaydalarına riayət olunmasıdır.

Təlimata uyğun olaraq relslərin temperaturu 60 dərəcə, havanın hərarəti isə təxminən +44-46 dərəcə olduqda dəmir yolunda yük və sərnişin qatarlarının hərəkətinə məhdudiyyət qoyulacaq.
XS
SM
MD
LG