Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:41

İsraillə danışıqlarda irəliləyişı olub


Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçel İsrailin Benyamin Netanyağuyla danışıqlarda irəliləyiş olduğunu deyir.

Danışıqlar zamanı İsrail-Fələstin münaqişəsinin həlli və Fələstin ərazilərində yeni yəhudi qəsəbələrinin salınmasıyla bağlı problem müzakirə olunub.

Vaşinqton İsraildən bu qəsəbələrin sökülməsini tələb edir.

Həmçinin İsrailin baş naziri Benyamin Netanyağu görüşdə irəliləyiş olduğunu deyib:

" Hesab edirəm ki, irəliləyişə nail olmuşuq.
Bu bizim sülh prossesini fələstinli qonşularımız və sonda bütün region çərçivəsində davam etdirib başa çatdırmağımıza kömək edəcək.
Ümid edirəm ki, prosses uğurla nəticələnəcək " .

Corc Mitçel regiona 4 günlük səfəri çərçivəsində həmçinin Suriya, Misir və İordan Çayının qərb sahilində olub.
XS
SM
MD
LG