Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:02

ABŞ Suriyaya qarşı sanksiyaları yüngülləşdirir


Birləşmiş Ştatlar Suriyaya qarşı iqtisadi sanksiyaları yüngülləşdirmək fikrindədi.

Ağ evin məlumatına görə bunu Birləşmiş Ştatların Yaxın Şərq Üzrə xüsusi elçisi Corc Mitçel Dəməşqdə Suriya prezidenti Başar Əsədlə görüşərkən deyib.

Mitçel deyib ki, ilk növbədə yüksək texnologiyalı avadanlıqların ixracına qoyulmuş qadağa aradan qaldırılacaq.

Vaşinqton 2005-ci ildə Beyrutda Livan prezidenti Rafik Həririnin öldürülməsindən sonra Suriyayla diplomatik əlaqələri dondurub.

Birləşmiş Ştatlar hesab edir ki, bu qətlin arxasında Suriya durur.

Amma Vaşinqton bu ay yenidən Dəməşqə səfir göndərəcəyini bəyan edib.
XS
SM
MD
LG