Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:02

Seçkiqabağı Əfqanıstanda hücumların sayı artıb


BMT-nin Əfqanıstandakı yüksək səlahiyyətli nümayəndəsi Kay Eyde talibançıların ölkədə qarşıdan gələn prezident seçkilərini poza bilməsindən narahatdı.

Əfqanıstanda seçkiqabağı kompaniyalarda prezidentliyə namizədlərin nümayəndələrinə qarşı hücumlar artıb.

Bu gün prezidentliyə namizədlərdən biri Abdulla Abdullanın seçkiqabağı kompaniyasının rəhbərinə hücum edilib.

Nəticədə o yaralanıb, sürücüsü isə ölüb.

Dünənsə Abdullanın getdiyi maşın karvanına hücum edilib , amma ona heçnə olmayıb.

Əfqanıstanda növbəti prezident seçkiləri avqustun 20-də keçiriləcək.
XS
SM
MD
LG