Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:59

Naxçıvanda H.O.S.T. dinləyicilərinə qadağa


Naxçıvanda H.O.S.T. Alliance musiqi qrupunu dinləməyə qadağa qoyulur. Qrupun ifasında musiqilərə qulaq asan eləcədə qrupun adı əks olunan köynəklər geyinən gənclərə qarşı əməliyyat tədbirləri keçirilir.

Muxtar Respublika MTN əməkdaşları tərəfindən keçirildiyi bildirilən əməliyyatda 15 gənc saxlanılıb. Şahidlərin sözlərinə görə, iki nəfər gənclərə yaxınlaşaraq özlərini MTN-nin əməkdaşı kimi təqdim edərək onları maşına mindirib aparıblar. Sonradan biz də həmin gənclərlə əlaqə saxladıq. Hədələndikləri üçün danışmaqdan ehtiyatlanan gənclərdən 8 saata yaxın saxlanıldıqlarını və onlara bir daha belə musiqiləri dinləməmək göstərişi verildiyini öyrənə bildik.

Ayrıca söhbətdə o da aydın oldu ki, onlara qrupun qızışdırıcı musiqilər səsləndirdiyini, emblemlərinin şübhəli olduğunu, kimlərə xidmət etdiklərinin bəlli olmadığını da deyiblər. Gənclər rep musiqisini sevdikləri üçün qrupa qulaq asdıqlarını bildirdilər. İndi Naxçıvanda mobil telefonlarında qrupun musiqiləri olan gənclər izlənilir.

15 gəncin saxlanılması, həmçinin H.O.S.T. qrupunun mahnılarının dinlənilməsinə nədən Naxçıvanda qadağa qoyulması ilə bağlı suallarımıza aydınlıq gətirmək üçün MR MTN-i və nazirliyin Naxçıvan şəhər şöbəsi ilə əlaqə yaratmağa cəhd göstərsək də hər iki qurumdan suallarımıza cavab ala bilmədik.

H.O.S.T. Alliance qrupunun prodüseri Emin Əfəndi isə «Azadlıq» radiosuna bu məlumatın doğru olmadığını deyib:

«Bizdə belə məlumat yoxdur. Kimsə H.O.S.T.-un adından istifadə edir. Belə hadisələr Bakıda da olmuşdu. Biz dövlətçiliyimiz xidmət edirik».

H.O.S.T. Alliance musiqi qrupu 8 nəfərlə yaradılıb. İlk albomlarını 2007-ci ildə çıxarsalar da diskləri satışa çıxarmayıb təbliğatları üçün pulsuz yayıblar. Əsasən gənclər tərəfindən dinlənilən qrupun adının baş hərfləri hava, od, su, torpaq mənasını daşıyır.

İki ay öncə qrup üzvləri hökumətyönlü mediaya müsahibə verərək prezidenti dəstəklədiklərini bildirmişdilər.

H.O.S.T. Alliance-ın Azadlıq Radiosunun RAP TİME verilişində səslənən mahnılarını burdan dinləyə bilərsiz:

"Qaldırın əlləri"
"Lay-lay"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG