Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:23

ABŞ rəsmisi Benyamin Netanyağuyla görüşüb


Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçel bu gün İsrailin baş naziri Benyamin Netanyağuyla görüşüb.

Danışıqlar zamanı İsrail-Fələstin münaqişəsinin həlli və Fələstin ərazilərində yeni yəhudi qəsəbələrinin salınmasıyla bağlı problem müzakirə olunub.

Tərəflər danışıqlarda tərəqqi olduğunu desələr də əlavə detallara aydınlıq gətirməyiblər.

Corc Mitçel regiona 4 günlük səfər çərçivəsində həmçinin Suriya, Misir və İordan Çayının qərb sahilində olub.

Həmçinin Birləşmiş Ştatların Milli Təhlükəsizlik Müşaviri Ceyms Consun günün sonunda İsrailə 3 günlük səfəri gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG