Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:08

Bu ay Əfqanıstanda 22 britaniyalı hərbçi ölüb


Əfqanıstanda daha 2 britaniya əsgəri ölüb. Britaniyanin Müdafiə naziri bildirib ki, əsgərlər Helmand vilayətində minaya düşüblər.

Britaniya qüvvələri bu vilayətdə Taliban yaraqlılarına qarşı mübarizə aparır.

İyul ayında Əfqanıstanda ümumilikdə 22 britaniyalı hərbçi ölüb.

İyulun 27-də Britaniyanın Baş naziri Gordon Braun «Panter caynağı» adını almış 5 həftəlik hərbi əməliyyatların uğurla başa çatdığını və seçkilərə qədər yaraqlıları yaşayış mərkəzlərindən uzaqlaşdırmağa müvəffəq olduqlarını açıqlayıb.

Əfqanıstanda prezident seçkilər avqustun sonlarında keçiriləcək.
XS
SM
MD
LG