Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:23

İrana qarşı yeni sanksiyalar qoyula bilər


İran nüvə proqramı ilə bağlı dialoqdan imtina etsə, onu sərt sanksiyalar gözləyir. Amerikanın Müdafiə naziri Robert Qeyts belə deyib.

Qeyts İordaniyada olarkən deyib ki, əgər İranla danışıqlar uğursuz olsa, ABŞ Tehrana qarşı əlavə sanksiyaların tətbiq edilməsinə təkid edəcək.

R. Qeyts deyib ki, «belə olan halda Vaşinqton beynəlxalq dəstək almağa çalışacaq».

İranın mübahisəli nüvə proqramına görə BMT Tehrana qarşı 3 dəfə sanksiya tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG