Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:24

Avropa Birliyi müşahidəçiləri Gürcüstanda qalır


Avropa Birliyi Gürcüstandakı müşahidə missiyasının müddətini bir illiyinə də uzadıb. Ötən ilin avqustunda Rusiya-Gürcüstan savaşından sonra Avropa Birliyi regiona 264 müşahidəçi göndərmişdi.

Avropa Birliyinin xarici işlər nazirləri yenə də Rusiya və Gürcüstana müraciət ediblər ki, hərbi qüvvələrini ötənilki müharibədən öncəki mövqelərinə geri qaytarsınlar.

Avropa Birliyi tərəflərə Rusiyanın dəstəklədiyi separatçı regionlar - Cənubi Osetiya və Abxaziyaya da müşahidəçilərin maneəsiz girməsinə şərait yaratmağa çağırıb.
XS
SM
MD
LG