Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:05

Qırğız müxalifətinin lideri Moskvaya şikayət edir


Ötən həftəki prezident seçkilərində rəsmən uduzduğu açıqlanan Qırğızıstanın əsas müxalifət lideri seçkiylə bağlı etirazlarını dilə gətirmək üçün Moskvaya gedib. Sosial-Demorkat partiyasının sədri Almazbek Atambayev Moskvada kiminlə görüşdüyünü və nələri müzakirə elədiyini açıqlamaq istəməyib.

Bu gün açıqlanan Mərkəzi Seçki Komissiyasının yekun nəticlərinə görə, Atambayev son seçkidə ancaq 8 faiz səs yığıb. Indiki prezident Kurmanbek Bakiyev isə 77 faiz.

Müxalifət seçkinin nəticələrini tanımadığını bildirib və etiraz aksiyalarına başlayacağını deyirdi.

ATƏT və Qəbr müşahidəçiləri də 23 iyul prezident seçkilərinin beynəlxalq standartlara cavab vermədiyini deyiblər.
XS
SM
MD
LG