Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:11

Kommunist yox idi, Moldova yox idi?


Vladimir Voronin 29 iyul seçkilərinə çox ümidlidir
Vladimir Voronin 29 iyul seçkilərinə çox ümidlidir
Karyerasına kənddə çörək sexinin direktoru kimi başlayan general mayor və eyni vaxtda Moldova prezidenti olan Vladimir Voronin deyir ki, Moldovanın bir ölkə kimi qalacağını, ya yox olub gedəcəyini 29 iyul seçkiləri həll edəcək.

Moldova hökuməti parlament seçkisi ərəfəsi Avropa Birliyinə müraciət edib ki, Rumıniyanın Moldovanın işlərinə qarışmasının qabağını alsın. Hökumət şikayətlənir ki, Rumıniya Moldova müxalifətini açıq müdafiə eləyir və Moldova vətəndaşlarına Rumıniya pasportları paylayır.

Bu ay Rumıniya prezidenti Trayan Basesku demişdi ki, rumın mənşəli 2 milyon moldovan Rumıniya pasportu ala bilər. Prezident Moldova ilə Rumıniyanın sərhəd sazişini isə imzalamaq istəmir ki, bu, Sovet dövrünün sərhədləridir. Moldova və Rumıniya «bir millət, iki dövlətdir», Moldovanın üçdə iki hissəsi ikinci dünya müharibəsi ərəfəsində Rumıniya ərazisi olub. Ölkənin 4 milyon yarımlıq əhalisindən 800 mini Rumıniya pasportu almaq üçün müraciət edib.

Moldova hakimiyyətindəki kommunistlər qarşıdakı parlament seçkilərini cəmiyyətə ölkənin mövcudluğu kontekstində təqdim edirlər. Parlament seçkilərində belə ciddi-cəhdin əsas səbəbi isə odur ki, prezidentlikdən gedən Vladmir Voroninin yerinə yeni prezidenti məhz bu parlament seçməlidir.

AVROPANIN ƏN KASIB ÖLKƏLƏRİNDƏN OLAN MOLDOVADA ORTA AYLIQ ƏMƏK HAQQI 270 DOLLARDIR

Aprelin 5-də keçirilən parlament seçkilərində küçələrə axışan gənclər kommunistlərin 8 illik hakimiyyətinə son qoyulmasını tələb edirdilər. Ancaq seçkilərin nəticələri bu etirazlara görə ləğv olunmadı. Parlament ona görə buraxıldı ki, iki dəfə cəhd eləsə də, parlament yeni prezidenti seçə bilmədi.

Yeni seçkilərdə qüvvələr nisbətinə gələndə, xatırladaq ki, aprel ayında kommunistlər 101 yerlik parlamentdə 60 yer qazanmışdılar, 3 liberal partiya isə 41 yer. Prezident seçdirməyə kommunistlərə 61 səs lazım idi.

MÜXALİFƏTİN 41 DEPUTATINDAN BİRİ DƏ HAKİMİYYƏT TƏRƏFƏ KEÇMƏDİ Kİ, HAKİMİYYƏT ÇATMAYAN BİR SƏSİ QAZANSIN

İndiki seçkilər Moldovanı Qərblə-Şərq arasında yol ayrıcına qoyur. Seçicilər Rusiyapərəst kommunistlərlə Qərbpərəst müxalifət arasında seçim eləməlidir. Seçkilərdə 10 partiya iştirak edir. Kommunistləri kənd yerlərinin və bir də yaşlı əhali dəstəkləyir, Qərbpərəstləri şəhər əhli və gənclər.

Moldova hakimiyyəti daxili işlərinə qarışmaqda Avropa Birliyinin üzvü Rumıniyanı ittiham etdiyi vaxt, Avropa Birliyinin sözçüsü Amadeu Altafac «Azadlıq» radiosuna deyir ki, Avropa Birliyinin istədiyi nədir? – demokratiya. «Bizim seçkilərdən gözlədiyimiz odur ki, hakimiyyətdəkilər və siyasi iddiaçılar demokratiyaya sadiq olduqlarını nümayiş etdirsinlər».

Avropa Birliyinin Nazirlər Şurasında Moldova üzrə məsul Kalman Mitsei birliyin vebsaytında yazır ki, «Moldovada seçki atmosferi qarşılıqlı sərt ittihamlarla zəhərlənib. Moldova hakimiyyəti apreldəki insan haqları pozuntularını araşdırmağa söz vermişdi, eləmədi. Ümumiyyətlə, apreldən bəri Moldovada azadlığın vəziyyəti pisləşib».

Birliyin sözçüsü Amadeu Altafac: «Moldovanın sabit və işlək demokratiya olduğunu sübut eləmək Moldovanın öz əlindədir. Yerdə qalanı öz-özünə gələcək - vətəndaşların rifahı, Avropa Birliyi ilə sıx əməkdaşlıq».

Avropa Birliyi ona işarə eləyir ki, Voronin Avropa Birliyi ilə danışıqlarda həmişə Moldova vətəndaşlarına Avropa Birliyi ölkələrinə sərbəst viza rejimi istəyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG