Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:35

ABŞ-da axtarışda olan adamı Rusiyada azad elədilər


Rusiya məhkəməsi Amerikada da axtarışda olan müətəşəkkil cinayətkarlıq şəbəkəsinin rəhbəri olmaqda ittiham olunan şəxsi azadlığa buraxıb.

Daxili İşlər Naziirliyindən bildiriblər ki, mafiya başçısı olmaqda şübhəli bilinən Semyon Moqileviçin həbsdə saxlanması üçün qanuni limitlər tükəndiyindən onu azad eləyiblər.

Ukrayanda doğulan rus olan Moqileviç ötən ilin yanvarında həbs edilmişdi, vergidən yayınma ittihamlarıyla. Moqileviçin həbsinin Rusiya və Ukrayna arasındakıl mübahisəli qaz alqı-satqısıyla da əlaqəli olduğu iddia edilirdi.

ABŞ isə Moqileviçi 90-cı illərdən Şərqi Avropada silah, narkotik, insan qaçaqmalçılığı və çirkli pulların yuylmasıyla məşğul olan şəbəkə qurmaqda ittiham eləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG