Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:15

ABŞ və İsrail İranın nüvə proqramını müzakirə edir


ABŞ-ın Müdafiə naziri Robert Geyts iyulun 27-də İsraildə İranın nüvə proqramıyla bağlı yaranan vəziyyəti və Yaxın Şərqdəki sülh danışılqarının bərpası məsələlərini müzakirə eləyir.

İsrailin Müdafiə naziri Ehud Barakla danışıqlardan sonra Geyts deyib ki, Amerika İranın nüvə proqramıyla bağlı təkliflərə bu payız cavab verəcəyinə ümid eləyir.

İsrail tərəfi bu dəfə də bildiirb ki, İranın nüvə proqramının qarşısını almaq bütün mümkün variantlar hələ də masanın üstündədir. Ancaq indiki mərhələdə beynəlxalq aləmin daha çox danışıqlar və sanksiyalar yolunu məqsədəuyğun sayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG