Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:49

Gəncədə «nurçuluğu» təbliğ edənlər cəzalandırılıb


Daxili İşlər Nazirliyindən bildirirlər ki, polis ölkənin hər yerində dini situasiyanı nəzarətdə saxlayır
Gəncədə «Nurçuluq» dini təriqətini təbliğ edən şəxslər cəzalandırılıblar. Bu barədə «Azadlıq» radiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirib.

Məlumata görə, Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsi əməkdaşları Elmir Mehdiyevin mənzilində «Nurçuluq» dini təriqətini təbliğ etdikləri üçün bir qrup şəhər sakini polis bölməsinə gətiriblər. E.Zahidov deyir ki, ərazidə qonşuların müraciəti əsasında tədbir keçirilib:

«Təxminən 11 nəfər saxlanılıb. Onların üçü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Qalanları isə izahatları alındıqdan sonra buraxılıblar».

E.Zahidov onu da deyir ki, polis ölkənin hər yerində dini situasiyanı da nəzarətdə saxlayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə regional bürosunun şöbə müdiri Firdovsi Kərimov Gəncədə «Nurçuluq» təriqətinə aid iki dini icma olduğunu deyib:

«Onlara qeydiyyatdan keçməyi təklif etdik amma onlar qeydiyyatdan keçmədilər. Ona görə də iki il bundan əvvəl onların fəaliyyətinə xitam verildi. Amma belə məlumatlar da var ki, icma üzvləri hardasa qeyri-qanuni toplaşırlar. Halbuki yeni qanuna görə, qeydiyyatsız fəaliyyət göstərmək olmaz».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG