Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 20:09

Kurmanbek Bakiyev ikinci dəfə Qırğızıstanın prezidentidir


Kurmanbek Bakiyev rəsmən Qırğızıstanın prezidenti seçilib.
Qırğızıstanın Mərkəzi Seçki Komssiyasının məlumatına görə, K.Bakiyevə seçicilərin 77 faizi səs verib.

Onun rəqibi, müxalifətin namizədi Almazbek Atambayev isə 8 faizdın artıq səs yığıb. Qırğızıstan müxalifəti iyulun 29-da keçirilmiş seçkilərin nəticəsini tanımır və ikinci dəfə seçki keçiirlməsi tələbiylə etiraz aksiyalarına başlayacağını bildirib.

Seçkini müşahidə etmiş ATƏT müşahidəçiləri isə deyiblər ki, Qırğızıstandakı prezident seçkisi beynəlxalq tələblərə cavab verməyib.

XS
SM
MD
LG