Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:25

Həbsdə olan “Tolişi sədo” qəzetinin baş redaktorunun səhhəti pisləşib


Talış Mədəniyyət Mərkəzinin rəhbəri, hazırda həbsdə olan “Tolışi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun səhhəti pisləşib.

Bu haqda onun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədov məlumat verib. H.Məmmədov deyib ki, 68 yaşlı Novruzəli Məmmədovun katarakta, qalxanvarı və prostat vəzilərinin əməliyyatına ehtiyacı var. O qan təzyiqindən də əziyyət çəkir. Bundan başqa onda daha bir xəstəlik – osteoxondroz, güclü ağrı və hərəkət məhdudluğu ilə ifadə edilmiş sağ mil siniri nevriti aşkar olunub.

Hazırda 15 saylı cəzaçəkmə yerində saxlanan Novruzəli Məmmədov dövlətə xəyanətdə ittiham olunaraq 10 il azadlıqdan məhrum edilib. O, 2007-ci ilin fevralından həbsdədir.

XS
SM
MD
LG